“From Start to Smart” layihəsinin bağlanış mərasimi keçirilib

07 Dekabr 2021 21:22    846 Baxış   
“From Start to Smart” layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mühəndislər Birliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramının maliyyə dəstəyi və “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “from Start to Smart” layihəsinin bağlanış mərasimi həyata keçdi.

“from Start to Smart” - gənclər və qadınlar arasında kiçik və orta biznesin, startapların inkişafına yönəlməklə yanaşı, su ilə bağlı problemlərin innovativ həllini prioritet götürən sahibkarlığa dəstək layihəsidir. Gənclər və qadınlar arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyinin çatdırılması, regionlarda su problemlərinə innovativ həll yollarının tapılması və yeni iş imkanlarının yaradılması layihənin məqsədlərini təşkil edir.

2021-ci ilin aprel ayında start götürən bu layihə 4 mərhələni; İdeya generasiyası, Pre-İnkubasiya, İnkubasiya və Final mərhələlərini əhatə etmişdir. İdeaların irəli sürüldüyü Pre-İnkubasiya mərhələsində 17, İnkubasiya mərhələsində isə 10 komanda iştirak etmişdir. Ümumilikdə 4 mərhələdən ibarət olan layihə ölkəmizin Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrindən olan gəncləri özündə birləşdirib. Bakı üzrə 32.1%,Lənkəran üzrə 15.5%,Gəncə üzrə 13.5%, Abşeron-Qobustan üzrə 5.9%,Sabirabad üzrə 8.3%,Şəki-Zaqatala üzrə 11.3%,digər bölgələrdən isə 13.4% nəfər müraciət etmişdir. Müraciətlərin ümumi gender nisbəti 62.1% qadınlar, 37.9% isə kişilər təşkil etmişdir.

17 000 AZN dəyərində investisiya fondu ayrılan “from Start to Smart” layihəsinin qaliblərinin müəyyən edildiyi bağlanış mərasiminin açılışı “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin meneceri Talifa İsgəndərlinin nitqi ilə olub.

Mərasimin davamında, video bağlantı şəklində tədbirə qatılan, “New World” proqramının meneceri Chuck Chakovitz, “Coca-Cola” Azərbaycan üzrə menecer Elşad Fərzəliyev, Azərbaycan Respublikasının Milli Məcilisinin Deputatı Şahin Seyidzad öz diləklərini bildiriblər.

Davamında, komandalar Azərbaycandakı su problemlərinin innovativ həllərinə istiqamətlənən layihələrini təqdim ediblər. Təqdim edilən layihələr arasında, Azərbaycan Mühəndislər Birliyinin sədr müavini Əkbər Cəlilov, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İntitutunda Direktor müavini Elnur Nəsirov,, PAŞA Technology şirkətində Layihə İdarəetməsi Departamentin müdiri Emil Həsənov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Fəridə Ələkbərova,Amerika Mexanika Mühəndislər Birliyinin İngiltərə region üzrə sədri Günel Ağabəyli, Ex Kapital Bank Product owner Orxan Abbasov və “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkunasiya Mərkəzinin Meneceri Talifa İsgəndərlinin münsiflik etdiyi münsiflər heyətinin qərarına əsasən, 1-ci yer “WaWave” (8500 AZN), 2-ci yer “WaterSavers” (5100 AZN) 3-cü yer “CaspiNet” (3400 AZN) komandaları olub.

Mərasimin sonunda, qonaqlar üçün Mingəçevir Su anbarından xüsusilə gətirilmiş sular təqdim olunub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar