Füzulidə şirkət əməkdaşının minaya düşməsi ilə bağlı cinayət işi açıldı

12 İyul 2021 16:41    813 Baxış   
Füzulidə şirkət əməkdaşının minaya düşməsi ilə bağlı cinayət  işi açıldı

Xəbər verdiyimiz kimi, iyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Bu barədə dominant.az-a Baş Prokurorluqdan məlumat verilib.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar