Füzulinin sosial-iqtisadi inkişaf proqramı hazırlanacaq

19 Oktyabr 2020 21:24    570 Baxış   
 Füzulinin sosial-iqtisadi inkişaf proqramı hazırlanacaq

İşğaldan azad edilən Füzuli rayonunun sosial-iqtisadi inkişaf proqramı hazırlanacaq.

Bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Füzuli rayonu işğaldan öncə ölkəmizin iqtisadi gücə malik olan aparıcı bölgələrindən hesab olunub:

"Pambıqçılıq və taxılçılıq üzrə öndə olan rayonlardan biri kimi Füzulidə kənd təsərrüfatının digər istiqamətləri də inkişaf etmişdi. Rayon eyni zamanda sənaye məhsullarının istehsalına görə də fərqlənirdi. Ərazisi 1386 km², əhalisi isə 150 min nəfərə yaxın olan Füzuli artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyacaq. İran ilə sərhəddə yeləşən Füzuli rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhvə vermə imkanlarına malik olacaq.

Bundan əlavə, ən qədim yaşayış yerlərindən biri olan Azıx mağarasının yerləşdiyi Füzuli rayonu əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu da daxili, o cümlədən gəlmə turizm üçün yeni imkanlar deməkdir".

Millət vəkili qeyd edib ki, bütün bu amilləri nəzərə alaraq Füzulinin aparıcı iqtisadçıları ilə birlikdə rayonun sosial-iqtisadi inkişaf proqramının hazırlanacaq. Burada hər bir yaşayış məntəqəsinin potensialına və xüsusiyyətinə uyğun olaraq iqtisadi fəaliyyətlər, sərmayə qoyuluşları müəyyənləşəcək. Konkret iqtisadi və sosial tədbirlər planı təklif ediləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar