Goranboy sakini minaya düşdü

20 Noyabr 2021 13:37    58 Baxış   
Goranboy sakini minaya düşdü

Goranboy rayon sakini minaya düşüb.

Bu barədə dominant.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Hazırda Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar", - Mətbuat Xidmətindən bildirilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar