“Gorus-Qafan yoluna alternativ var, lakin həmin yolu...” – Avanesyan

26 Avqust 2021 21:01    3255 Baxış   
“Gorus-Qafan yoluna alternativ var, lakin həmin yolu...” –  Avanesyan

Azərbaycan hərbçiləri ilə Gorus-Qafan yolunun açılması barədə aparılan danışıqlar nəticə vermir.

Dominant.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Zəngəzur (Syunik) vilayətinin qubernatoru Kamo Avanesyan bildirib. Onun sözlərinə görə, Azərbaycan erməni tərəfi ilə danışıqlardan imtina edir və yalnız Rusiya ilə müzakirələrə hazır olduğunu bildirir.

“Eyni zamanda qonşu ölkənin hərbçiləri Rusiya tərəfini bu gün yolun açıq olacağına inandırıblar. Faktiki olaraq blokadada olan Gorus-Qafan yoluna isə alternativ var. Lakin həmin yolu təmir etmək lazımdır” – deyə Avanesyan vurğulayıb.

(Konkret.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar