Gürcüstan Ermənistana silah göndərilməsini təkzib etdi

20 İyul 2020 20:13    462 Baxış   
Gürcüstan Ermənistana silah göndərilməsini təkzib etdi
Ermənistana Serbiyadan Gürcüstan ərazisi ilə hərbi sursat keçirilməsi barədə məlumatlar dezinformasiyadır.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır, iki ölkənin xalqları arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur. Dezinformasiya yayan media orqanları bu əlaqələrə kölgə salmağa çalışır.

“Bir daha vurğulayırıq ki, Gürcüstan və Azərbaycan dərin, inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinə malikdir, xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur. Hər iki ölkə regionda mühüm rol oynayır və bir çox birgə regional, qlobal əhəmiyyətli layihələri həyata keçiririk. Bu, qərəzli informasiyadır və iki strateji tərəfdaş ölkə arasında münasibətlərə süni şəkildə problem yaratmağa yönəlib”, - deyə XİN-in bəyanatında qeyd olunub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar