"Hadrutdan aralanıb irəli getməliyik, əks halda itirə bilərik"

10 Oktyabr 2020 21:31    3241 Baxış   
"Hadrutdan aralanıb irəli getməliyik, əks halda itirə bilərik"

"İlk dəfədir ki, düzgün muharibə apardıq. İndiyədək bizə hücum edəndə doyüşürdük. Belə qarşıdurmada təşəbbüs düşməndə olur. İndi də bizi müdafiəyə vadar edirlər. Təşəbbüsü ələ almaq vacibdir, döyüşün yeri bizim hücumdan asılı olmalıdır".

Dominant.az xəbər verir ki, bunu tanınmış jurnalist İlqar Əlfioğlu bildirib.

İ.Əlfioğlu qeyd edib ki, Hadrutdan aralanıb, irəli getməliyik: "Hadrut hər iki tərəf üçün prinsipialdır, çünki mübahisə predmeti olan "Dağlıq Qarabağın" ərazisidir. Onların muxtariyyət almaq ümidini də heçə endirir. Qəsəbənin əlimizdə qalmasını istəyiriksə, düşmənin niyyətini puç etmək istəyiriksə, ordan azı 20 km. irəli gedib, Hadrutu alınmaz qalaya çevirməliyik, möhkəmləndirməliyik. Yoxsa, bizi yatırdıb, günlərin birində əlimizdən ala da bilərlər. Təşəbbüs onların əlindən alınmalıdı. Elə etmək lazımdı ki, Hadrutu möhkəmləndirib, qarşı tərəfi taktiki planımıza uyğun, bizim üçün sərfəli yerlərdə döyüşə çəkək, sistemli şəkildə tələsmədən təmizləyək ünsürləri. Onlar istədiyi yerdə döyüşməsə, itkiləri lap çox olacaq".



"Dev boyda SSRİ əfqan mücahidlərinin əlində ona görə məəttəl qalmışdı ki, təşəbbüs onlarda idi, rahat bildikləri yerdən hücum edirdilər. Türklər də öz məmləkətlərində eyni PKK oyununa giriblər. Belə oyunu udmaq çətindir. Amma, qələbə bizimdir, çünki haqq davası edirik!", - deyə jurnalist vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar