“Hazır deyilik, qüvvələrin üçdə ikisi məhv edilə bilər” – Rusiyadan etiraf

17 Aprelel 2021 14:44    651 Baxış   
“Hazır deyilik, qüvvələrin üçdə ikisi məhv edilə bilər” –  Rusiyadan etiraf

Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit okean Donanması praktiki olaraq genişmiqyaslı döyüş əməliyyatlarına hazır deyil.

Dominant.az xəbər verir ki, bunu Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının prezidentinin müavini Konstantin Sivkov deyib.

Onun fikrincə, Rusiyanın Sakit okean Donanması Cənubi Kuril adalarının Yaponiya tərəfindən ələ keçirilməsinə mane ola bilməyəcək.

Sivakovun sözlərinə görə, iki ölkə arasında ehtimal olunan qarşıdurmada Rusiyanın Sakit okean Donanmasının üçdə iki hissəsi məhv ediləcək. O, ABŞ və Yaponiyanın belə bir vəziyyətdə nüvə həddinə çatmayan lokal münaqişəni öz xeyirlərinə həll edə biləcəyini söyləyib.

Sivkov qeyd edib ki, Yaponiya münaqişə durumunda Vaşinqtonun da dəstəyi ilə Rusiyanın üzərinə üç təyyarə gəmisindən ibarət zərbə qrupu və beşə qədər nüvə sualtı gəmisi göndərə bilər.

Hərbi mütəxəssis silahlı qarşıdurmanın əsas mərhələsinin Cənubi Kurilin 4 mübahisəli adası ətrafında gedəcəyini, eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgəni ələ keçirmək üçün hərəkətə keçəcəyini iddia edib.

Sivkovun sözlərinə görə, Kurilin 4 adasının Yaponiya və ABŞ tərəfindən alınması 8-20 gün çəkə bilər. Amma o, eyni zamanda, hesab edir ki, Rusiya belə bir hücumu dəf etmək üçün uzaqmənzilli aviasiya qüvvələrinin bir hissəsi olan Sakit okean Donanmasının əsas qüvvələrini, Primorye və Kamçatkadakı Aerokosmik Qüvvələrini münaqişəyə cəlb edə biləcək.

(Konkret.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar