"Həmin vaxta qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək" - İlham Əliyev vaxtı AÇIQLADI

19 Aprelel 2021 18:18    918 Baxış   
"Həmin vaxta qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək" -  İlham Əliyev vaxtı AÇIQLADI

Prezident İlham Əliyev özünün rəsmi facebook səhifəsində paylaşım edib.

Dominant.az xəbər verir ki, paylaşımda dövlət başçısı bildirib ki, ” 5 il sonra biz yalnız özümüzün nə edəcəyimizi proqnozlaşdıra bilərik: Qarşıdan gələn 3 il ərzində biz əsas infrastruktur layihələrini – dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracağıq və tikinti işlərinin fəal bazasında olacağıq.

Bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar olmalı, oraya qayıdacaq insanlar lazımi yaşayış şəraitilə təmin edilməlidir. Onlar maliyyə cəhətdən dövlətdən asılı olmamalıdırlar.

Həmin vaxta qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək”.

(konkret.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar