Hərbçilərə ödənilən vəsaitin məbləği açıqlandı

01 Martt 2021 19:15    973 Baxış   
Hərbçilərə ödənilən vəsaitin məbləği açıqlandı

Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta”) 44 günlük Vətən Müharibəsində həlak olmuş və yaralanmış hərbçilərə ödənilən vəsaitlərin həcmini açıqlayıb.

Qurumun marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən Müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan artıq ödəniş edilib.

Qeyd edək ki, sığorta ödənişləri Hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar