Hindistanda yeni virus tapılıb - 70-ə yaxın insan ölüb

30 Avqust 2021 15:41    976 Baxış   
Hindistanda yeni virus tapılıb -  70-ə yaxın insan ölüb

Hindistanın Uttar Pradeş əyalətində son bir həftə ərzində bilinməyən bir virus səbəbindən 68 nəfər ölüb, ölənlərin 40-ı uşaqdır, onlardan 12-si son 24 saatda ölüb. Bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.

Əksər xəstələrdə yüksək hərarət, susuzluq qeydə alınır, qanda trombositlərin səviyyəsində azalma müşahidə olunur. Digərlərində də bənzər simptomlar var - yüksək hərarət, şiddətli baş ağrısı, əzələ ağrısı, ürək bulanması və limfa düyünlərinin şişməsi.

Maniş Asija adlı həkim “Times of India” qəzetinə verdiyi müsahibədə bu barədə danışıb: "Bölgələrdəki vəziyyət narahatlıq doğurur. Suyun batması, sanitariya və gigiyena qaydalarına əməl olunmaması xəstəliyin yayılmasının başlıca səbəbidir".

Səlahiyyətli şəxslər isə bildiriblər ki, güclü leysan yağışlar və yüksək temperatur səbəbindən yaranan rütubət qan soran həşəratların ötürdüyü yoluxucu xəstəliklərin yayılması üçün ideal vəziyyət yaradıb.

Xanlar Əlibəy



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar