I MDB Oyunlarının açılış mərasimi keçirilib

04 Sentyabr 2021 20:33    4264 Baxış   
I MDB Oyunlarının açılış mərasimi keçirilib

Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib.

Dominant.az xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb.


İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu və artıq MDB Oyunlarında qızıl medal qazanmış yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) olub. Daha sonra qalan ölkələr səhnə alıblar.

Qeyd edək ki, I MDB Oyunları sentyabrın 11-dək davam edəcək.

(Report)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar