İcra başçısı jurnalisti məhkəməyə verdi

15 Martt 2021 17:01    2262 Baxış   
 İcra başçısı jurnalisti məhkəməyə verdi

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli barədə məhkəməyə müraciət edib.

Bu barədə “Report”a C.Məmmədli özü məlumat verib.

O bildirib ki, Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtanatma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib.

İş hakim Anar Sadıqovun icraatına verilib.

Şikayətə səbəb icra başçısının barəsində yazılan məqalələr olub.

Qeyd edək ki, bu əmələ görə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar