II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edilib, yaylım atəşi açılıb

27 Sentyabr 2021 12:17    331 Baxış   
II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edilib,  yaylım atəşi açılıb

27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib.

Dominant.az xəbər verir ki, yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar