İş adamı 4 min dollarlıq maska taxır - FOTO

05 İyul 2020 21:23    676 Baxış   
İş adamı 4 min dollarlıq maska taxır -  FOTO
Hindistanda bir iş adamı koronavirusdan qorunmaq məqsədilə qızıl maska hazırlayıb.

Dominant.az xəbər verir ki, iş adamı Şankar Kurhade qızıl maskaya, təxminən 4000 dollar dəyərində qızıl işlədib. Maskanın ağırlığı, təxminən 55 qram olub.

Maharaştra əyalətindəki Pune şəhərində yaşayan Kurhada sosial mediada gümüş maska ​​taxan bir insanın videosunu gördükdən sonra qızıl maska taxmaq qərarı verdiyini bildirib. İş adamı qızıl maskanın virusdan qorumasından əmin olmadığını, ancaq təmizliyə və sosial məsafəyə diqqət yetirdiyini bildirib

Qeyd edək ki, son məlumatlara görə, Hindistanda 675 min 453 nəfər koronavirusa yoluxub, onlardan 19 min 300 nəfəri vəfat edib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar