Italiyada "Britaniya koronavirusu"na ilk yoluxma faktı qeydə alınıb

21 Dekabr 2020 11:28    440 Baxış   
Italiyada "Britaniya koronavirusu"na ilk yoluxma faktı qeydə alınıb

Italiyada belə demək mümkünsə, "Britaniya koronavirusu", yəni koronavirusun mutasiyaya uğramış yeni tipi ilə yoluxma halı qeydə alınıb.

Bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Məlumatda bildirilir ki, yoluxma faktı İngiltərədən İtaliyaya gəlmiş şəxslərdə qeydə alınıb.

Qeyd edək ki, Britaniyanın səhiyyə naziri Mett Xenkok ölkə alimlərinin koronavirusun yeni mutasiyaya uğramış variantını olduğunu açıqlayıblar. Buna səbəb COVİD-19-un ölkənin cənub-şərq bölgələrində sürətlə yayılmasıdır. Yeni virusun başlıca xüsusiyyyəti də sürətlə yayıla bilməsidir. Britaniyanın baş naziri Boris Conson da keçirdiyi mətbuat konfransında bildirib ki, koronavirusun yeni variantı əvvəlkindən 70 faiz daha güclü yoluxma xüsusiyyətinə malikdir. "Baki-Baku.az"


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar