Jurnalist ölümdən döndü - Hövsan yolunda ağır qəza

12 İyun 2021 00:08    1821 Baxış   
Jurnalist ölümdən döndü -  Hövsan yolunda ağır qəza

Tanınmış jurnalist, "Cebhe.info"nun əməkdaşı Vilayət Muxtar ağır avtomobil qəzasına düşüb.

Dominant.az xəbər verir ki, qəza Hövsan yolunda baş verib.

Jurnalistin bildirdiyinə görə, sürücü naşı, yol da qaranlıq olduğundan onun olduğu avtomobil (1 manatlıq taksi) digər maşınla toqquşub. Nəticədə taksi aşıb.

Xoşbəxtlikdən qəzada ölən olmayıb, sərnişinlər xəsarət alıblar. Vilayət Muxtar bildirib ki, hazırda sağ ayağında, qolunda və başında ağrı var.

Qeyd edək ki, Hövsan yolunda illərdir ölümlə nəticələnən avtomobil qəzaları baş verir, dəfələrlə hətta piyadaların vurulması hadisələri yaşanır. Sözügedən yol daha çox ölüm tuneli kimi tanınır. Qəzalara səbəb isə enli yol zolağının çəkilməməsi və işıqlandırılmamasıdır. Dəfələrlə Hövsana yeni yol çəkilişi üçün pul ayrılsa da, bəlli olmayan səbəblərdən iş yarımçıq qalıb.

Belə görünür ki, ölüm tuneli hələ çox canlar alacaq...

Xanlar Əlibəyli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar