Jurnalist Aygün Paşayeva Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib.
Dominant.az A.Paşayevanın müraciətini olduğu kimi təqdim edir:
"20 ildən artıq vaxt keçməsinə baxmayaraq, Maliyyə Nazirliyi mənim əmək kitabçamı vermir! Bütün adiyyatı qurumlara rəsmi müraciət etsəm də, Samir Şərifovun qorxusundan, obyektiv baxmırlar! Mənə qarşı qanunsuzluğu sübut etmək üçün əlimdəki, daşdan keçən sənədlərə məhəl qoymurlar!
Nazir, ümumiyyətlə vətəndaşların məktublarına dərkənar yazmır! Sonuncu müraciəti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə ünvanlamışam! Bir daha xahiş edirəm, sabiq aparat rəhbəri Namiq Süleymanovun sayəsində baş vermiş qanunsuzluğu obyektiv araşdırılması haqqında mənə məlumat verəsiniz.
Hörmətli Əli Nağıyev, sizin tapşırığınız olarsa, mənim işimə obyektiv baxılacağına adım kimi əminəm!
Mənim işimlə bağlı illərin müstəntiqi və hüquqşünası olmağa ehtiyac yoxdur. Hətta yazı-pozudan başı çıxan adi vətəndaş belə sənədlərimə nəzər salarsa, qanunsuzluğun tam şahidi olacağına adım kimi əminəm!
Əgər bu dəfə də müraciətimə obyektiv baxılmasa, Maliyyə Nazirliyinin saxta cavablarını, o cümlədən səs yazılarını ictimayyətə açıqlayacam!
Bir daha qeyd edirəm ki, mənə qarşı qanunsuzluğun başında duran sabiq aparat rəhbəri Namiq Süleymanovdur! Namiq Süleymanovun da cəzasız qalmasının səbəbkarı Samir Şərifovdur! Samir Şərifov mənim tam haqlı olduğumu bilir! Dəqiq bilir!!!"