Karantində Türkiyəyə gedən Miri Yusifi qınadılar - "Xalq artisti özünü xalqdan ayırmaz"

07 İyul 2020 19:43    564 Baxış   
Karantində Türkiyəyə gedən Miri Yusifi qınadılar -  "Xalq artisti özünü xalqdan ayırmaz"
Xalq artisti Miri Yusifin istirahət üçün Türkiyəyə getməsi və istirəhəti əks etdirən görüntüləri sosial şəbəkələrdə paylaşması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Dominant.az xəbər verir ki, bəzi şəxslər sərt karantin rejimində Xalq artisti fəxri adını daşıyan müğənninin özünü xalqdan üstün hesab etməsini, belə çətin vaxtda ölkədən getməsini tənqid ediblər.

Sabiq deputat Gülər Mikayılqızı Xalq artistinin davranışını belə qiymətləndirib: "Bu müğənni xüsusi reyslə uçub istirahətə. Qanuni. Başa düşdük. Amma, bu adamın ölkəsində minlərlə adam öz doğma Xəzərində çimə bilmir. KARANTİNDİR! Bəs, hanı sənin Miryusif adındakı seyidliyin, müasir, savadlı, aristokrat insan kimi taktın, yəni empati hissin, xalqla həmrəyliyin, xalq cəhənnəm, hökumətlə həmrəyliyin. Belə günlərdə bilinir ki, o xalqla, dövlətçiliklə bağlı dediyiniz sözlər nə dərəcədə səmimi idi. Xalq artisti özünü xalqdan ayırmaz. Будьте поскромнее. Getmisən, istirahətdəsən, hovuzdasan, lap əla. Şəkli də çək, saxla. Niyə axı hamıya göstərirsiniz ki, görməmişsiniz, kimlərəsə acıq verirsiniz. Deyəcəksiniz yox? ONDA BU HƏRƏKƏTİN ADI NƏDİR, AY RUSDİLLİ? ПИР ВО ВРЕМЯ ЧУМЫ?"

Jurnalist Aygün Muradxanlı ölkə vətəndaşları arasında ayrıseçkilik salınmasını tənqid edib: "AZAL, THY uçağına minib Ağ dənizə, Egeyə getmək olar, amma öz maşınında Nardarana, Bilgəhə, Şamaxıya, Qubaya, Əsriyə, Damcılıya getmək olmaz. Mətbəx-koridor, koridor-balkon gəzə-gəzə fikirləşirəm, deyəsən, biz belə qərarları verənlərin bağlarında kayfulla həyat sürmələrinə yaman çox icazə verdik e".

Telejurnalist Esmira Qasımova isə xarici ölkələrə gedənlərə icazənin necə verildiyini vurğulayıb: "Bəzi şeyləri ağlım kəsə bilmir e. Ölkənin giriş-çıxışına qadağa qoyulmayıb bəyəm? Bu camaat xarici ölkələrə istirahətə nece gedirlər? Çox da xüsusi reyslə. Bizə də desinlər xərci-haqqını, bəlkə qonşudan borc alıb istirahətə gedəsi olduq. Bu nə ayrı-seçkilik münasibətidir? Koronavirusun təbəqələr arasındakı fərqi daha da byüdəcəyini eşitmişdim, amma belə tezliklə olacağını bilməzdim. Deyəsən, bu məsələdə biz dünyadan qabağa düşmüşük.

"YeniÇağ" saytının baş redaktoru Aqil Ələsgər isə Operatov Qərargahın çıxardığı qərarların doğru olmadını düşünür: "Vallah da, billah da bu artıq iş deyil. Bu cəmiyyəti parçalamaqdan başqa heç nəyə xidmət etmir. Hər gün kimsə linç edilir. Dünən Mələk, bu gün Miri Yusif. Heç biri üçün "haqlıdır" demirəm, ancaq bunun sonu yoxdur. Sabah kimi daşqalaq edəcəyik? Operativ Qərargahın düşünülməmiş qərarları sayəsində sosial media qladiator meydanına dönüb. Və bunun fonunda metronu bağlayıb, avtobuslarda sıxlıq yaradırlar. Üç gün sonra Yaqut Qarayeva çıxıb, camaatı dərsə gecikən uşaq kimi danlayacaq ki, qanmırsınız, filan. Tam əksinə, harasa getmək istəyənlərin yolun açmaq lazımdır ki, Bakıda sıxlıq aradan qalxsın. Virusun yayılmasının başlıca səbəbi hamının Bakıya həbs olunmasıdır. Sadə bir misal çəkim. Keçən il bizim binanın həyətində adam tapmaq olmurdu söhbət etməyə. Bu il maşın və adam əlindən həyətə düşmək olmur. Budur virusla mübarizə?
Yəni, ay canım-gözüm, insanları paytaxtda həbs edib, sonra "başa düşün virus artır" deməklə heç nəyə nail olmayacağıq. Daha da parçalanacaq, daha da nifrət toxumu çoxalacaq. İnsanlar nəinki hansısa şad anlarını paylaşa bilmirlər, hətta avtomobildə gedərkən, canlı aça bilmirlər ki, o tərəfdən bir xöttülü pırt edib, "icazəlisən, kef edirsən" yazacaq. Cəmiyyəti bu anormal vəziyyətdən çıxarın! Əks halda virusdan daha betər durumla üz-üzə qalacağıq! Lütfən..."




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar