Kim kimdən ehtiyat etməlidir - Rusiya bizdən, yoxsa biz Rusiyadan?

22 Yanvar 2021 16:00    440 Baxış   
Kim kimdən ehtiyat etməlidir -  Rusiya bizdən, yoxsa biz Rusiyadan?

"Rusiya məsələsi bizim cəmiyyətin hər zaman gündəmində olsa da, xüsusilə 20 yanvar öncəsi və sonrası bu mövzu daha çox müzakirə olunur. Bir neçə gündür, siyasilər arasında qızğın müzakirələr gedir. Bu müzakirələri izlədiyimiz vaxtda Rusiya mediasında bir xəbər diqqətimi çəkdi - Çeçenistanda terrorçulara qarşı daha bir əməliyyat keçirilib..."

Dominant.az-a bunu Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib.

A.Əsədli, "Son Qarabağ savaşı sırasında Rusiya rəsmiləri dəfələrlə dedilər ki, Azərbaycan guya Yaxın Şərqdən islamçı terrorçuları gətirib və bu Rusiyanın Şimali Qafqaz bölgəsinə təhlükə yaradır. Ona görə də Rusiya Azərbaycanda lazım gəlsə, əməliyyat keçirmək haqqını özündə saxlayır, filan" - deyə xatırladıb.



Partiya sədrinin sözlərinə görə, halbuki son on ildə Azərbaycanda bircə nəfər belə silahlı terrorçu tapılmadığı və tutulmadığı halda, Şimali Qafqazda və Rusiyanın başqa hissələrində dəfələrlə terrorçular tutulub ya da zərərsizləşdirilib: "Ən sonuncusu indi də Çeçenistanda keçirilən əməliyyat nəticəsində aşkarlanıb. Sual olunmalıdır ki, kim kimdən ehtiyat etməlidir - Rusiya bizdən, yoxsa biz Rusiyadan?

Öz ərazisində əmin-amanlığı təmin edə bilməyən, hər ay bir-iki əməliyyat keçirmək məcburiyyətində qalan bir dövlət yeri gəldi gəlmədi, keçmiş müttəfiq respublikaların daxili işlərinə qarışmaq üçün yaxşı bəhanə uydurub – islamçı terrorçuların yaxın regionlara gətirilməsinə dair uydurma xəbərlər. Kremlin təlimatlarını yerinə yetirən qondarma ekspertlər də bir ağızdan bunu tirajlayır, Azərbaycan kimi müstəqil dövlətlərin istiqlalına qarşı dil uzadırlar. Ona görə də Azərbaycanın siyasi ekspertləri Rusiyadan gələn təhlükələri görməzlikdən gəlməməli və ciddiyə alaraq daim gündəlikdə saxlamalıdır.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar