Komitə Sədri Özbəkistanda tanınmış rəqqasənin xatirə lövhəsinin açılışında iştirak edib- FOTO

17 Aprelel 2022 16:21    4477 Baxış   
Komitə Sədri Özbəkistanda tanınmış rəqqasənin xatirə lövhəsinin açılışında iştirak edib-  FOTO
Komitə Sədri Özbəkistanda Kaypep tanınmış rəqqasənin xatirə lövhəsinin açılışında iştirak edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q. Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Nəfəs İB-nin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansablının rəhbəri olmuş, tanınmış rəqqasə, ömrünün əsas hissəsini Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr edən Kaykep Əliyevanın yaşadığı evin üzərində onun xatirə lövhəsinin açılışında çıxış edib.

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında günü-gündən inkişaf edən mədəni əlaqələrdən danışaraq, 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini, rəqslərini geniş təbliğ etmiş, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədən Kaykep xanımın xidmətlərini xüsusi vurğulayıb və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib.

Kaykep Əliyevanı yaxından tanıdığını deyən Q.Paşayeva onunla bağlı xatirələrini də paylaşıb və ömrünü Azərbaycan rəqs mədəniyyətinin təbliğinə və iki qardaş ölkə arasında münasibətlərin inkişafına həsr edən Kaykep xanımın həyat yolunun gənc nəsillər üçün örnək olduğunu bildirib.

Açılış mərasimində Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, bu ölkənin mədəniyyət, incəsənət, ictimaiyyət xadimləri iştirak ediblər.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar