Komitə Sədri Özbəkistanda tanınmış alim, pedaqoq, Maqsud Şeyxzadənin abidəsini ziyarət edib - FOTO

16 Aprelel 2022 19:01    4696 Baxış   
Komitə Sədri Özbəkistanda tanınmış alim, pedaqoq, Maqsud Şeyxzadənin abidəsini ziyarət edib -   FOTO

Qənirə Paşayeva Özbəkistanda tanınmış alim, pedaqoq, Maqsud Şeyxzadənin abidəsini ziyarət edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva Özbəkistanda yaşamış tanınmış alim, ziyalı, pedaqoq, iki qardaş xalqın qüruru adlandırılan böyük şəxsiyyət Maqsud Şeyxzadənin abidəsini ziyarət, ruhuna dualar oxuyub.

Milli Məclisin Mədəniyyət Komitəsinin və "Nəfəs" İB-nin dəstəyi ilə böyük şəxsiyyətimiz Maqsud Şeyxzadə ilə bağlı hazırlanan film və proqramın çəkilişlərində də iştirak edən Q. Paşayeva böyük şairin həyatı, yaradıcılığı, iki qardaş ölkə arasında münasibətlərin inkişafındakı xidmətləri barədə danışıb, azərbaycanlı və özbək aydınları, gəncləri onun həyat yolundan örnək götürməliyik deyib.

Ziyarətdə Xalq Artisti Gülyanaq Məmmədova, tanınmış rejissor Elnurə Kazımova və tanınmış modelyer Afaq İsmayılzadə də iştirak ediblər.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar