Koronavirusla (Covid-19) mübarizə tədbirləri çərçivəsində düşünülən və yoluxmuş insanlara rast gəldikdə məlumat verərək virusun yayılmasının qarşısını almaq üçün hazırlanan "Corona-Warn-App" tətbiqi dünəndən Almaniyada işə salınıb.
Dominant.az xəbər verir ki, bəzi vətəndaşlar Android əməliyyat sistemi olan telefonlara könüllü şəkildə yüklənə biləcək bu tətbiqetmə ilə bağlı açıqlama veriblər.
Tətbiqetməni qiymətləndirən və Köln Universitetinin İnformasiya və Proqram Bölməsinin mütəxəssisi Adem Boztaş tədbiqetməni yükləməyin məcburi olmadığını, lakin istənilən şəxsin istənilən zaman yükləyə biləcəyini bildirib.
“Texniki cəhətdən, başımızın üstünü kəsdirən bir koronavirus xəstəliyi var. Buna qarşı bir həll yolu tapmalıyıq. Mənim üçün iki həll yolu var. Ya hər kəs evində oturacaq və qorunmayacaq. Ya da qorunmaq üçün texnoloji imkanlardan istifadə edəcək. Gəzmək, toylara getmək, parka getmək istəyiriksə, müəyyən həll yolundan istifadə etməliyik", - deyə o bildirib.
Qeyd edək ki, tezliklə virusla bağlı insanlara cip taxılacağı barədə informasiya dolaşır.