COVID-19-lu xəstələri belə müalicə edirlər

14 İyun 2020 21:08    512 Baxış   
COVID-19-lu xəstələri belə müalicə edirlər
Kanadanın Ontario əyalətində koronaviruslu xəstələrin müalicəsi:

1. Testi pozitiv çıxanlara hərarətləri yüksək olsa, öskürəkdən, sümük ağrılarından əziyyət çəksələr belə, məsləhət görülür ki, evdə özlərini izolyasiya etsinlər, xəstəxanaya getməyin mənası yoxdur. Çünki xəstəxanada xüsusi heç bir şey etmirlər. Yalnız qızdırmasalan dərman verirlər. Yalnız nəfəs çatışmazlığı yaşayanlar, yaşlılar, yanaşı ağır xəstəlikləri olanları xəstəxanalar qəbul edir.

2. COVİD-19-dan əziyyət çəkənlər daim evdən Qaynar xətdə çalışan tibb işçiləri ilə təmasda olurlar. Hətta saatlarla tibb işçisiylə danışanlar var. Tibb personalı telefondaca xəstəyə nə etmək lazım olduğunu izah edirlər. Əsas isə psixoloji baxımdan onlara dəstək olur, yanlarında olduqlarını hiss etdirirlər. Beləcə, 2 həftə keçir və adamlar xəstəxana üzü görmədən sağalırlar. Qeyd edim ki, koronaviruslu xəstələrin çoxu KİV-dən, sosial şəbəkələrdən aldıqları məlumatlar səbəbilə psixoloji sarsıntı keçirir, nəfəslərinin kəsiləcəyi günü gözləyirlər. Amma nəfəs çatışmazlığı çox az sayda xəstədə olur.

3. Qeyd edim ki, Kanadanın Ontario əyalətində, təxminən, 2 həftə öncəyə qədər yüksək hərarət, öskürək və s. şikayətləri olanlardan belə, virusa görə test götürmürdülər. Gəncsənsə, ciddi xəstəlik tarixçən yoxdursa, test götürməyə ehtiyac olmadığını bildirirdilər. Ölkədə test çatışmazlığını səbəb kimi göstərirdilər. (Hazırda isə COVİD-19-un əlamətləri olmayanlar belə əmin olmaq üçün test mərəkəzlərinə gedib rahat şəkildə test verirlər. Hətta müxtəlif şirkətlərdən bütün kollektiv yığışıb bərabər test verməyə gedirlər).

Lalə Musaqızı


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar