Fransız alimləri smartfon telefonların köməyilə insan orqanizmində koronavirusun olduğunu müəyyənləşdirən aparat ixtira ediblər.
Bu barədə məlumatı BFM telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, koronavirusun yeni texnoloji testini Lill Universitetinin əməkdaşları ixtira ediblər. Aparat adi fləş karta oxşayır və koronavirusun əhatə olunduğu spayk-proteinlərə reaksiya verir. İstifadə üçün onu smartfona daxil etmək lazımdır. Sonra test yerinə burundan götürülmüş bir damcı əlavə olunmalıdır.
Alimlər iddia edirlər ki, testin nəticəsini 10 dəqiqə işərisində müəyyənləşdirmək mümkündür. Aparat özü nəticəni smatfonun ekrarına çıxarır. O da bildirilir ki, aparat nəticəni 90 faiz düz göstərir.
Qazeta.ru