Koronavirusun daha bir simptomu aşkarlandı

07 İyul 2020 15:15    356 Baxış   
Koronavirusun daha bir simptomu aşkarlandı
Stomatoloqlar koronavirusun xəstələrin ağız boşluğunda bir sıra iltihabi proseslərə səbəb ola biləcək fərqli xüsusiyyətini aşkar ediblər.

Dominant.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti yazıb.

Braziliyalı həkimlər COVID-19-a yoluxduqdan sonra xəstəxanaya yerləşdirilən bəzi xəstələrin dilində xoralar və ləkələrin, həmçinin çatların əmələ gəldiyi barədə müşahidələrini bölüşüblər.

Həkimlər bunların koronavirus infeksiyası səbəbindən səhhətin sistematik pisləşməsi nəticəsində meydana gələn ikinci dərəcəli zədələnmə olduğunu bildiriblər.

Koronavirusun oral əlamətləri və simptomları arasında dadbilmə pozğunluğu, qanaxma, kandidoz, travmatik xoralar və dilin, selikli qişanın digər müxtəlif zədələnmələri də göstərilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar