Laçın və Qubadlı Ermənistan ərazisindən atəşə tutulur

24 Oktyabr 2020 14:10    670 Baxış   
Laçın və Qubadlı Ermənistan ərazisindən atəşə tutulur

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

Dominant.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.
Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar