Livanda yaşayan ermənilər Ermənistana gətirilir

11 Avqust 2020 23:17    314 Baxış   
Livanda yaşayan ermənilər Ermənistana gətirilir
Livanda yaşayan onlarla erməni Ermənistana gətiriləcək.

Dominant.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumatı təsdiqləyib.

Bildirilib ki, Livan erməniləri bu gün axşam saatlarında təyyarə ilə ölkəyə gətiriləcək.

Bundan əvvəl Baş Nazirin yanında diaspor məsələləri üzrə komissar Zare Sinanyan bildirib ki, 40-a yaxın Livan ermənisi ölkəyə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış nəticəsində ən azı 171 nəfər həlak olub. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar