Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində meydana gələn yanğını söndürməyə cəlb edilən azı 10 yanğınsöndürən itkin düşüb.
Partlayışda 10 xilasedici isə həlak olub.
Dominant.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Marvan Abbud məlumat verib.
Onun sözlərinə görə, xilasedicilər hadisə yerinə 2 avtomobildə gediblər, onları 3 təcili tibbi yardım maşını müşayiət edib.
Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, partlayışa, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələrin alışması səbəb olub.