Maskasız sərnişinləri avtobusdan düşürməkdənsə, bu üsula əl atdılar - VİDEO

26 İyun 2020 17:24    3110 Baxış   
Maskasız sərnişinləri avtobusdan düşürməkdənsə, bu üsula əl atdılar -  VİDEO
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən iyunun 25-dən etibarən marşrut avtobuslarında maskaların taxılması ilə bağlı bəzi qaydalar tətbiq olunub.

Belə ki, maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus dayanacaq məntəqəsini tərk etmir. Yalnız sərnişin maska taxdıqdan sonra avtobus hərəkət edir. Həmçinin avtobuslara maskasız girişin qadağan olduğunu bildirən məlumatlar da yerləşdirilib.

Dominant.az xəbər verir ki, 209 nömrəli avtobusda tibbi maska ilə bağlı maraqlı aksiya təşkil olunub.

Belə ki, maskasız sərnişinlər avtobusdan düşürülməyib, əksinə, onlara pulsuz tibbi maska paylanıb, koronavirus pandemiyası ilə bağlı qoruyucu tibbi maska taxmağın vacibliyi bildirilib.

Aksiyanı təqdir edirik və düşünürük ki, maskası olmayan sərnişini avtobusdan düşürüb pərt etməkdənsə, belə bir addım atmaq alqışa layiqdir. Bu, həmçinin maska almağa pulu olmayan sərnişinlərə dəstəkdir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar