Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

01 Martt 2021 12:57    1698 Baxış   
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına səfərə gedib. Nümayəndə heyətinə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri daxildir.

Fevralın 28-də nümayəndə heyətinin ilk görüşü Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsinin sədri Abdullah Ərən ilə baş tutub.

Görüşdə xaricdə yaşayan türklərlə azərbaycanlılar arasında mədəni əlaqələrin və bağların gücləndirilməsi ilə bağlı layihələr, mədəniyyət və irs sahəsində təhsil proqramları, mədəni əlaqələrin genişləndirilməsi, kino sənayesinin inkişafı, mədəni irsin qorunması və mədəniyyətin digər sahələrində təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər arasında qarşılıqlı kitablar təqdim olunub.

Görüşün sonunda nazir Anar Kərimov səmimi qəbula görə təşəkkürünü bildirib və ilk səfərinin Türkiyəyə baş tutmasından məmnunluğunu ifadə edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar