"Mən öləndə ağlama" tamaşası nümayiş olunub

24 Aprelel 2022 20:30    4101 Baxış   
"Mən öləndə ağlama" tamaşası nümayiş olunub

Aprelin 24-də Gənc Tamaşaçılar Teatrında “Mən öləndə, ağlama” monotamaşası növbəti dəfə nümayiş edilib. Yazıçı Pərvin Nurəliyevanın pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya Ayla Osmanova quruluş verib. Monotamaşada gənc və istedadlı aktrisa Səbinə Məmmədova maraqlı obraz yaradıb.

Qeyd edək ki, hadisələr təkadamlıq otaqda, öz-özüylə danışan tamaşanın qəhrəmanı Leylanın ünvanlandığı isramıclar fonunda baş verir. Mühüm bir mesajı ehtiva edən fikirlər gənc və tənha Leylanın darıxdırıcı həyatı fonunda təkcə onun deyil, bütöv bir cəmiyyətin problemləri olduğunu diqqətə çatdırır. Gənc Leyla axtardığı ədalət anlayışını heç bir məkanda və qurumda deyil, məhz insanların içində tapmaq olduğunu cəmiyyətə çatdırmaq istəyir. Bir sözlə, tamaşa mənəvi keyfiyyətlərin ön plana çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, tamaşanın premyerası 2019-cu ilin mart ayının 29-da Gənc Tamaşaçılar Teatrının səhnəsində reallaşıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar