ABŞ-ın Providens şəhərinin məşhur hakimi Frank Kaprio yenə də hər kəsi təəccübləndirməyi bacarıb.
Dominant.az xəbər verir ki, hər zaman gözlənilməz, fərqli qərarları ilə hər kəsə sevinc bəxş edən, çöhrələrdə təbəssüm yaratmağı bacaran hakim bu dəfə xarici görünüşü ilə təəccübləndirib.
Belə ki, o, məhkəmə prosesinə bəzəkli maskada və şüşə arxasından qatılıb.
Məhkəmə zamanı çəkilmiş fotolar daha sonra Frank Kaprionun adına olan sosial şəbəkə hesabında paylaşılıb.
Sözügedən fotoları təqdim edirik: