Məşhur münəccim: Yer qabığı çox hərəkətlidir, torpaqdan ilanlar fışqıracaq

04 İyul 2020 11:53    1371 Baxış   
Məşhur münəccim: Yer qabığı çox hərəkətlidir, torpaqdan ilanlar fışqıracaq
05 İyul 2020-də qismən Ay tutulmasının olacağını və ölkəmizdə görünməyəcəyini deyən məşhur astroloq Kassandra insanları heyrətləndirəcək açıqlamalar verib.

Dominant.az xəbər verir ki, münəccim, "Yer qabığı yerində deyil, qaynayır. İlanlar yerin altından çıxıb səthə atılacaqlar. Göy qübbəsi deyir ki, bu məsələdə lazımi tədbirlər görməliyik" - deyib.

İyulun 5-də qismən baş verəcək Ay tutulmasının saat 03.04 - 05.55 arasında olacağını bildirən Kassandra, Afrikanın böyük hissəsinin Avropanın qərbindən, Antarktida, Şimali və Cənubi Amerikadan və Atlantik Okeanından müşahidə edilə biləcəyini söyləyib.



"Hər kəsin çox diqqətli davranması lazım olan bir dövrə giririk. Göy bu mövzuda lazımi tədbirləri görməyimizi söyləyir. Yer qabığı qaynayır. Bu vəziyyət qış yuxusunda olan ilanların erkən oyanmasına və özlərini yerə atmasına səbəb olacaq. Hər kəs diqqətli olmalıdır", - Kassandra qeyd edib.

Məşhur astroloq fikirlərini bu səpkidə davam edib: "Göy mənə pis xəbərlərin daha çox olacağını göstərir. Bu həftədən etibarən yaşıllıqlarda yaşayan, belə yerlərə gedən və ya gəzintiyə çıxanlar ehtiyat tədbiri görməlidirlər. Ulduzlar yalnız ilanları göstərmir, gənə və hörümçəklər də kabusumuza çevrilə bilərlər.

Münəccim təbii fəlakətlərin olacağı barədə də xəbər verib: "Ulduzlar mənə zəlzələ xəbəri verdilər. Cənub-Şərqi Asiya və Okeaniyada şiddətli bir zəlzələ gözləyirəm. Hesab edirəm ki, ən az, 5 bal gücündə olacaq. Ölkəmizdə zəlzələlər olacaq. Ancaq dağıdıcı zəlzələlər gözləmirəm. Ən azı iyul ayında. Şiddətli yağışlar ölkəmizə təsirini davam etdirəcək. Sel, güclü külək, hətta şimşək çaxması bizim kabusumuz ola bilər. Bir neçə həftədən sonra qaranlıq buludlar dağılacaq".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar