Məşhurları belə, öldürən xəstəlikdən qorunmağın 9 QIZIL QAYDASI

15 İyun 2020 12:46    614 Baxış   
Məşhurları belə, öldürən xəstəlikdən qorunmağın 9  QIZIL QAYDASI
Beynəlxalq Altsheymer Assosiasiyasının məlumatına görə, dünyada 46,8 milyon insan unutqanlıq xəstəliyi ilə yaşayır. Bu sayın 2030-cu ildə 75 milyona, 2050-ci ildə isə 131.5 milyona çatacağı təxmin edilir.

Qarşısını almaq üçün istifadə olunan dərmanlar alzeymerin simptomlarını azaldır, lakin xəstəliyin hələ də dəqiq müalicə üsulu tapılmayıb.

Altsheymer xəstəliyi unutqanlıqdan başlayan bir xəstəlik kimi özünü göstərir. Ancaq hər unutqanlıq alzeymer xəstəliyi demək deyil. Demans xəstəliyi olan bir yaxınınız varsa, bu xəstəliyin ona və ailəsinə necə təsir etdiyini çox yaxşı bilərsiniz. Altsheymer - demansın bir növüdür. Müalicəsi olmasa da həftədə üç dəfə idmanla məşğul olmaq bu xəstəliyə yoluxma riskini 70% azaldır...

Bilirsinizmi?

Amerikanın iki dəfə prezidenti olmuş Ronald Reyqan, məşhur aktyor Sean Konnery, caz ulduzu Aron Copland, Türk sənət musiqisinin məşhur ifaçısı Behiye Aksoy, Hollivudun ən gözəl ulduzlarından biri Rina Hayvord, dünyaca məşhur boksçu Sugar Ray Robinson altsheymer xəstəliyinə tutulmuş tanınmışlardır.

Bunları nəzərə alaraq, Dominant.az Altsheymer xəstəliyinə tutulmaq istəməyənlərin dərhal tərk etməli olduğu 9 zərərli vərdişi təqdim edir:

1. Siqareti tərgidin. Siqaret çəkmək vücudunuzun müxtəlif hissələrinə ziyan vurur və beyin onlardan biridir. Siqaret çəkənlərin alzeymer xəstəliyinə tutulması siqaret çəkməyənlərə nisbətən 45% daha çoxdur. Bu da siqareti tərgitmək üçün yaxşı səbəblərdən biridir.

2. B12 vitaminini daha çox qəbul edin. B vitamini sizi demansdan qoruyur. Finlandiyadakı bir araşdırmaya görə, B12 vitamini nə qədər çox qəbul etsəniz, xəstəliyə tutulma riskiniz bir o qədər azalar. Ümumiyyətlə, yaşlı insanlarda B12 vitamini çatışmazlığı var. B12 vitamini yumurta, ət, balıq və dəniz məhsullarının tərkibindədir.

3. Daha aktiv həyat tərzi sürun, mütəmadi olaraq məşq edin. Ürəyiniz mütəmadi olaraq döyünəcək və qan dövranınız sağlam olacaq. Qan təzyiqinizə diqqət yetirmək də faydalıdır. Fin araşdırmalarına görə, orta yaşlı və şəkəri yüksək olan insanlarda demans təhlükəsi çox yüksəkdir.

4. Daha çox D vitamini qəbul edin. Bu vitaminin çatışmazlığı da alzeymerə səbəb olur. ABŞ-da aparılan bir araşdırmada bəlli olub ki, D vitamininin çatışmazlığına görə altsheymerə tutulma riskini 125% artırır. Tədqiqatçı Miia Kivipelto SVT-yə açıqlamasında bildirib ki, bacardığınız qədər günəş işığı almağa çalışın. Günəş şüalarının çox olmadığı yerlərdə yaşayırsınızsa, D vitamininin əlavəsini qəbul edin. D vitamininin qəbulu alzeymerdən qorunmaq üçün vacibdir.

5. Qəhvə için! Əksər insanlar bilmir, ancaq qəhvə beyninizi qoruyur. Qəhvə özundə xeyli miqdarda maqnezium ehtiva edir və güclü bir antioksidantdır. Altsheymerə tutulma riskini 50% azaldır. İtaliyada aparılan bir araşdırmanin nəticəsinə görə, gündə bir fincan qəhvə içmək alzeymer riskini azaldır.

6. Başınızı qoruyun! Başınıza çox ağır bir zərbə dəydiyi zaman demans riski daşıyırsınız. ABŞ-da aparılan tədqiqatlara görə, travmatik beyin zədələnməsinin alzeymerə səbəb olduğu müəyyən edilib. Buna görə də motosiklet sürərkən kaska taxmaq məburidir.

7. Spirtli içkilərin qəbulu da demans riskini artırır. Daha çox alkoqollu içkilərin istehlakının altsheymerə səbəb olduğu bir həqiqətdir.

8. Beyin məşqləri edin! Beyninizlə əzələlərinizlə olduğu kimi davranmalısınız. Bunun ən asan üsulları tapmaca həlli və pazldır. Yeni şeylər öyrənməkdən çəkinməyin. Yeni şeylər öyrənərkən beyniniz əlavə səy göstərir ki, bu da yaddaşı gücləndirir və alzeymer xəstəliyinin qarşısını alır.

9. Yaxşıca dinlənin! Tədqiqatçılar istirahətin çox önəmli olduğunu, stres və demans arasında bir bağlantı olduğuna inanırlar. Stresin insandan insana fərqli olaraq dəyişə biləcəyi bir ölçüsü var. Bu səbəbdən altsheymerin əsəbi insanlara necə təsir etdiyinə və inkişafına dair araşdırmalar davam edir. Yuxu beyin üçün çox vacibdir. Kifayət qədər yatmamaq demansa səbəb olur. İsveçdə aparılan bir araşdırma zamanı yuxu problemi olan şəxslərdə demansın inkişaf riskinin daha yüksək olduğu sübut edilib!


Nurlan Hüseyn


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar