Məzunlar diplomlarını məktəblərin divarlarına yapışdırıblar - Belarusda unikal etiraz

14 Avqust 2020 18:57    580 Baxış   
Məzunlar diplomlarını məktəblərin divarlarına yapışdırıblar -  Belarusda unikal etiraz
Belarusda orta məktəbləri uğurla başa vurmuş məzunlar öz diplom, qramota və təşəkkürnamələrini gətirib, məktəblərin divarlarına, qapılarına yapışdırıblar.

Dominant.az xəbər verir ki, onlar bu addımı, seçki saxtakarlığının həmin məktəblərdə yerləşən məntəqələrdə həyata keçirildiyinə görə atıblar.

Bununla yanaşı, Dövlət Kukla Teatrının kollektivi də seçki saxtakarlığına və zorakılıqlara etirazını bildirib.

O cümlədən, Belarus Elmlər Akademiyasının 1000-dən çox alimi də etiraz bəyanatı imzalayıb.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar