Millət vəkili aktyorlarla görüşüb

19 Avqust 2020 12:45    345 Baxış   
Millət vəkili aktyorlarla görüşüb
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayevanın incəsənət nümayəndələrinə diqqət və qayğısı davam edir.

Dominant.az xəbər verir ki, millət vəkili bu günlərdə 70 yaşı tamam olan Xalq artisti Cəfər Namiq Kamal və səhhətində problemlər yaşayan aktyor Allahverdi Yolçuyevlə görüşüb.

Q.Paşayevanın bildirdiyinə görə, hər iki aktyor Mədəniyyət Komitəsində qəbul edilib: "Hər iki incəsənət nümayəndəsi ilə görüşdük. Cəfər Namiq Kamalı öz adımdan və komitəmizin üzvləri adından təbrik etdim, yeni sənət uğurları arzuladım. Oynadığı rollar, işlədiyi sənətkarlar və müraciət etdiyi janrlardan da göründüyü kimi, Cəfər Namiq Kamal, istedadlı, geniş dünyagörüşlü və peşəsinə ürəkdən bağlı olan sənətkardır. Bunlar hər bir sənət adamı üçün ön planda gələn keyfiyətlər, məziyyətlərdir. Cəfər Namiq Kamalın özündən bir yaş böyük qardaşı İlham Namiq Kamal da, sevilən sənətkardır. Bir ailədən iki Xalq artistinin, iki məşhur sənətkarın – ziyalının çıxması, əlbəttə, təsadüf sayılmaz, bu, onların şəxsiyyətinin formalaşmasında, sənətə yönəlməsində ailə, məktəb mühitin oynadığı rolu da göstərməkdədir".



"Tanınmış aktyorumuz Allahverdi Yolçuyevin də qarşıdan gələn ad gününü təbrik etdik, yeni sənət uğurları arzuladıq, qayğıları ilə maraqlandıq. Artıq Mədəniyyət Nazirliyi və bir sıra digər qurumlarla Allahverdi Yolçuyevin qayğı və problemləri, səhhəti ilə bağlı danışmışıq və ümidvarıq ki, uzun illərdir sənət aləmində olan tanınmış aktyorun qayğıları diqqətdə saxlanılacaq", - deyə millət vəkili vurğulayıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar