Millət vəkili seçiciləri ilə görüşüb

06 İyul 2020 12:42    382 Baxış   
Millət vəkili seçiciləri ilə görüşüb
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 5 gündə 250-dən çox vətəndaşla onlayn şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Dominant.az xəbər verir ki, həmçinin millət vəkilinin köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib. Q.Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların müraciətləri ilə bağlı isə millət vəkili müvafiq qurumlara rəsmi müraciətlər göndərib. Müzakirələr zamanı Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

Millət vəkili, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVIID-19-un ölkəmizdə daha da geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı görülən işlər barədə də geniş məlumatlar verib və onları CIVID-19-dan qorunmaq üçün qaydalara əməl etməyə, maska taxmağa, sosial(fiziki) məsafəni qorumağa, əllərin tez-tez yuyulması, dezinfeksiya məsələlərinə xasusi diqqət göstərməyə çağırıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar