Millət vəkilləri əlilliyin təyininə etiraz etdilər: "Kompüterə də ədalətsizliyi öyrədirlər"

11 Sentyabr 2020 15:33    499 Baxış   
Millət vəkilləri əlilliyin təyininə etiraz etdilər:  "Kompüterə də ədalətsizliyi öyrədirlər"
Millət vəkili Vüqar Bayramov dünən bildirmişdi ki, vətəndaşlarımız süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Deputat buna misal olaraq qeyd etmişdi ki, Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib: "Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib".

Dominant.az xəbər verir ki, bu gün millət vəkili sözügedən problemi yenidən gündəmə gətirib.


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərinin təhlilini aparıb. Bu rəqəmlər eyni mənbədən alınıb. Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərindən gedir. Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib", - deyə V.Bayramov vurğulayıb.


Deputat bildirib ki,. rəqəmlərdə deyil, vətəndaşa əlilik dərəcələri təyin edəndə yanlışlığa yol vernəmək lazımdır: "Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinati və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar. Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstərciləri ilə müqayisədə daha bədbindr. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəlliyinin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var".

Millət vəkilinə həmkarı Razi Nurullayevdən də dəstək gəlib: Qaldırılmış məsələ ölkəyüklü problemdir və onun kökləri yarım əsrdən çox müddətə gedib çıxır. Ən böyük problem hələ də məmur özü olaraq qalır. Yerlərdə anketləri dolduran zaman qəsdən elə məlumat yazırlar ki, sistem avtomatik imtina göndərsin və bunu da əllərində əsas tutub əlillik almaq istəyən şəxsdən rüşvət istəyərək işini düzüb qoşsunlar. Yəni kompüterə də ədalətsizliyi öyrədirlər".



Deputatın sözlərinə görə, ciddi problem həkim-ekspertiza komissiyalarında qalmaqdadır: "Məsələn, elə olur ki, şəxs ikinci qrup əlildir və vəziyyəti elə yerə çatıb ki, artıq özü-özünü nə fiziki, nə də əqli cəhətdən idarə edə bilmir. Onu belə süründürürlər. Sadəcə, rüşvət almaq istəyi ilə".

"İnanıram ki, nazir Sahil Babayev bu sahədə aparılan islahatları daha da intensivləşdirəcək, qanunu pozan əməkdaşlara və idarələrə qarşı daha qətiyyətli addımlar atacaq, hökumət də "DOST" mərkəzlərinin bütün ölkə boyu fəaliyyətinin təşkili üçün lazım olan imkanları ƏƏSMN üçün yaradacaq. Bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq üçün sistemli iş qurmaq üçün də bütün həmkarlarımla əməkdaşlığa və işbirliyinə hazıram", - deyə R.Nurullayev qeyd edib.

Aytac Şabili



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar