Müdafiə nazirinin yeni müavini kimdir? - Dosye

09 İyul 2020 17:27    497 Baxış   
Müdafiə nazirinin yeni müavini kimdir? -  Dosye
Xəbər verdiyimiz kimi, general-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına başlayıb.

Dominant.az xəbər verir ki, bu təyinata qədər Nizam Osmanov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

Qeyd edək ki, general-leytenant Nizam Osmanov 2004-cü ildən 2015-ci ilə qədər I Ordu Korpusunun komandiri vəzifəsində xidmət edib.

2015-ci ilin yanvarında general-leytenant Nizam Osmanov Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunmuşdu.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar