Müharibə tarixindən ilginc məqamlar - Molotov kokteyli, vəba, çörəklə qələbə...

13 Avqust 2020 10:02    503 Baxış   
Müharibə tarixindən ilginc məqamlar -  Molotov kokteyli, vəba, çörəklə qələbə...
Müharibələr, şübhəsiz ki, dağıntı, ağrı-acı və fəsad gətirir. Bununla belə, bütün bu cəhənnəm əzabı içərisində maraqlı və hətta məzəli hadisələr də baş verir.

Dominant.az oxucuların marağını nəzərə alaraq Molotov kokteylindən tutmuş, əfsanəyə çevrilmiş söhbətlərə qədər, müharibə tarixindəki ən maraqlı 5 hadisəni nəzərinizə çatdıracaq.

1. İsveçrədən Almaniyaya düzəliş
İsveçrə kiçik və dağlıq bir ölkədir. Bununla belə, İsveçrədən olan əsgərlər əsrlər boyu Avropa müharibələrində muzdlular kimi döyüşüblər. İsveçrə peşəkar hərbçilərin yaşadığı ölkə hesab olunur (Bu gün də İsveçrə ordusunda xidmət edənlər silahlarını evlərinə apara bilər).

Birinci Dünya Müharibəsindən əvvəl Kayzer Vilhelm İsveçrəni işğal etməyi planlaşdırır. Rəvayətə görə, o, İsveçrə səfirini çağıraraq soruşur: "Əhaliniz 500.000 nəfərdən ibarətdir, ancaq bizim təkcə ordumuz 1.000.000 əsgərdən ibarətdir. Sərhədlərinizə söykənsək, nə edəcəksiniz?". İsveçrə səfirinin cavabı olduqca maraqlıdır: "İki dəfə atəş açıb, evə gedərik."

2. Vəba xəstəliyinin yayılmasında türklərin "rolu"

Vəba Avropanı viran qoymuş, milyonlarla insanın və onlarla şəhərin məhvinə səbəb olmuş bir epidemiyadır. Bəzən bu xəstəliyə qara ölüm də deyilir.

Tarixi mənbələrə görə, epidemiya Orta Asiyada yaranmışdı və Qərbə doğru sürətlə irəliləyirdi. Bugünki Ukraynaya çatdıqda, türklər, daha dəqiq desək, Turko-Moğollar tarixin köçəri milləti olaraq addımlayırlar. Altınorda hökmdarı Canibek xan Krımın cənubundakı Ceneviz əyalətindəki Kaffayı mühasirəyə alır. Lakin vəba onun ordusunda da yayılır.

Canibek xanın sərkərdələri böyük bir fikirlə onun yanına gəlirlər ki, vəba xəstəliyindən ölənlərın cəsədlərini mühasirəyə alınmış qalaya atsınlar. Elə də edirlər. Xəstəliyin yayılmasından qorxan Ceneviz sakinləri gəmilərə doluşub qaçırlar. Nəticədə, gəmilərin dayandığı hər limanda dörd-beş qoldan yayılan vəba epidemiyaya çevrilir. Bəlkə də yüz il sonra vəba Avropaya yayılacaqdı, amma türklərin sayəsində Avropanı qəfil "ələ keçirir".

3. Molotov kokteyli

Vyaçeslav Molotov Sovet Rusiyasının xarici işlər naziri olub. Sovet təbliğatının gözəl bir nümunəsi olaraq, beynəlxalq bir radioda Fin-Rusiya müharibəsindəki rus bombardmanını gizlədərək, "Ac fin xalqına çörək atırdıq" deyib.

O dövrdə Finlər, silah-sursat çatışmazlığına görə Rusiya tanklarına qarşı təsirli bir müdafiə taktikası hazırlayıblar. Belə ki, tankı yandırırsansa, zirehinin düşməsinə ehtiyac qalmaz. Bunun ən təsirli yolu isə yanan maddəni bir şüşəyə doldurub tankın içinə atmaq idi.
Molotovun "Biz ac fin xalqına çörək atırıq" sözləri finləri çox əsəbləşdirir. Buna görə də hazırladıqları bu sadə, lakin təsirli silahı "Biz də sizə kokteyl ziyafəti veririk", - deyərək, hazırladıqları "silahı" "Molotov kokteyli" adlandırdılar.

Fürsətdən istifadə edərək, Molotovun adı keçən və onun yalanlarından ibarət bir Finlandiya marşını da təqdim edirik.


Qeyd. Marşın tərcüməsini İnternetdən tapmaq olar

4. Qızıl Baron və alman olduğuna görə qürur duymaq

Manfred von Richthofen Birinci Dünya müharibəsinin ən önəmli alman pilotu olub. Təyyarəsini qırmızı rənglə boyayaraq "Qırmızı baron" ləqəbini alıb. Bəlkə də bütün aviasiya tarixinin ən usta pilotlarından biridir.

Qırmızı Baronun populyarlığı artdıqca, bütün donanması təyyarələrini qırmızı rəngə boyamağa başlayıb. Bu kamuflyaj baxımından ciddi problem idi. Zabitlərdən bəziləri, "Qırmızı donanma çox diqqət çəkirsə, onu boz və ya yaşıl rəngə boyamalısınız, birbaşa görünürsünüz", - deyə Qırmızı Barona təklif verirlər. Onun cavabı isə belə oldu: "Biz almanıq. Alman olduğumuzu gizlətmirik."

Şayiələrə görə, Qırmızı Baronun donanması yaxınlaşanda fransız pilotları "təyyarə onsuz da vurulacaq, bəlkə də hələ vurulub, barı canımı qurtarım, söyləyib", - özlərini təyyarədən atırmışlar.

5. Koreyadakı türklər

Koreya müharibələrində iştirak edən türk ordusu xeyli diqqət çəkmişdi. Əvvəla, türklər Birinci Dünya Müharibəsindən sonra ilk dəfə başqa millətlərlə müharibəyə girirdər. Buna görə də kimisi türklərlə bağlı təəssüratını bölüşərkən, onları pisləyir, kimisi isə heyranlığını gizlətmirdi.

Kunuri döyüşü zamanı türk ordusunun anlaşılmazlıqdan və ya Tahsin Yazıcının qəhrəmanlığına görə geri çəkilmədiyi məlumdur. Həmin döyüşdə türklər Amerika əsgərlərinin mühasirədən çıxmasına yardımçı olurlar. Lakin özləri çinlilərin mühasirəsində qalırlar. Bəzi jurnalistlərin yazdıqlarına görə, silah- sursatları qurtaran türklər geri çəkilmir, düşmənə daş atırmışlar.

"Time" jurnalında dərc olunan "Cold Steel & Hard Bread" ("Soyuq Polad və Sərt Çörək") başlıqlı məqalədə türklərin "bitch be cool" ("qaniçən olmaq") münasibətinə çox yaxşı bir dəyərləndirmə verilir. Çox maraqlı olan həmin yazını təqdim edirik: "Başqa bir dövrdən çıxıb gəlmiş döyüşçülərə bənzəyən, parkalarının içində əyri və uzun bığ gəzdirən Türklər hər zamankı həll üsullarını tətbiq etdilər: süngülərini taxdılar və hücum etdilər. Çinlilər qaçdı ... Koreyadakı Türklərin müvəffəqiyyəti, buğda və düyü ununu zeytun yağı ilə qarışdıran və cəsarətli müttəfiqlərinin zövqünə uyğun çörəklər hazırlayan Amerika çörəkçilərinin də bu qələbədə kiçik bir töhfəsi olduğunu deyə bilərik... Ötən həftə Koreyaya səfər edən bir polkovnik tədarük anbarına göndərilən klassik türk rabitə mesajının nümunəsini gətirdi: “Düşmən hücuma qaxdı, biz də hücum etdik. Daha çox çörək göndərin”.

Nurlan Hüseyn



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar