"Muradov özünü sülhməramlıların komandirindən daha çox, bölgənin general-qubernatoru kimi aparır"

17 Aprelel 2021 20:43    696 Baxış   
"Muradov özünü sülhməramlıların komandirindən daha çox, bölgənin general-qubernatoru kimi aparır"

Deputat, BAXCP sədri Qüdrət Həsənquliev “Yeni Müsavat”a gündəmin əsas müzakirə mövzuları ilə bağlı müsahibə verib. Millət vəkilinin müsahibəsini diqqətinizə çatdırırıq:

- Qüdrət bəy, son illərdə sizin davamlı şəkildə səsləndirdiyiniz bir fikir var idi ki, biz Ermənistanla yox, Rusiya ilə danışmalıyıq. Ermənistanın kapitulyasiya sənədinə imza atmasından sonra bölgədə yeni reallıq yaranıb və Azərbaycan Rusiya ilə danışır. Ancaq Şuşaya atılan “İsgəndər” raketlərilə bağlı xüsusatlar ortaya çıxandan sonra Moskvaya ünvanlı suallarımız var ki, hələlik onlara cavab verilməyib, dövlət başçımız da bu barədə açıq danışır. İndiki durumu necə dəyərləndirirsiniz və perspektiv üçün nə gözləyirsinz?

- Rusiya bu istiqamətdə araşdırma aparır. Yəqin, bir müddətdən sonra bununla bağlı məsələyə aydınlıq gələcək ki, nə baş verib: qaçaqmalçılıq olub, yoxsa hərbi-sənaye kompleksinin əməkdaşlarının özfəaliyyəti? Cənab prezidentin də söylədiyi kimi, artıq bununla əlaqədar Rusiya tərəfinə məktub və sübutlar təqdim edilib. Məsələnin mahiyyətində təkcə o raketin atılması dayanmır. Burada Rusiya və Ermənistanın müəyyən dairələrinin cinayətkar əlaqəsindən söhbət gedir. Məhz bu faktora görə Azərbaycan bu məsələni qabartdı. Yoxsa əvvəl biz bəyan etmişdik ki, elə bir məlumatımız yoxdur. Rusiya Müdafiə Nazirliyi də bu məlumatı təkzib etmişdi. Amma görünür bizim kəşfiyyat orqanlarının əldə etdiyi hansısa daha ciddi məlumatlar var. Buna görə də yenidən bu məsələnin üzərinə gedildi və qabardıldı. Çox böyük ehtimalla bu məsələlərə aydınlıq gətiriləcək. Artıq Rusiyanın da bəzi mətbuat orqanlarında, ayrı-ayrı hərbi-siyasi ekspertlər bu istiqamətdə açıqlamalar verirlər ki, burada məqsəd Türkiyə ilə Rusiyanı konfliktə cəlb edib Qərbin bölgəyə müdaxiləsini təmin etmək olub. Məncə, məsələnin mahiyyətində dayanan daha çox budur. Ona görə də məsələlər araşdırılacaq ki, bu təxribatlarda Rusiya və Ermənistan tərəfdən kimlər iştirak edib. Aydındır ki, Ermənistan tərəfdən Paşinyan və ən yaxın ətrafı burada iştirak edib. Ümid edirəm bu məsələlərə aydınlıq gələcək və məsuliyyəti olan şəxslərin dairəsi dəqiqliklə müəyyən olunacaq, o təxribatın da üstü açılacaq. Rusiya marağında olmalıdır ki, bu şəbəkəni aşkarlasın. Hansı ki, onlar 44 gün ərzində Rusiya dövlətinin maraqlarından yox, Ermənistanın, yaxud hansısa Qərb dairələrinin maraqlarından çıxış ediblər.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar