Natiq Cəfərlidən Paşinyana xilas təklifi: "Olmayan papağını qabağına qoyub..."

31 Oktyabr 2020 12:35    670 Baxış   
Natiq Cəfərlidən Paşinyana xilas təklifi:  "Olmayan papağını qabağına qoyub..."

BMT-nin ölkələr üzrə əhali statistikasını gündəlik hesablayan proqramı var, həmin sayta görə bu il, 2020-ci ilin 30 oktyabrına qədər Ermənistanda rəsmən 3 mln. 76 min əhali yaşayır. Bu ilin ilk 10 ayı ərzində təbii artım (doğulanların sayı) 33 min 951 nəfər olub. Ölənlərin sayı isə (covid və müharibə nəzərə almadan) 22 975 nəfər olub. Ölkədən bu il 1689 nəfər rəsmi olaraq köçüb, qeyri-rəsmi məlumatlara görə bu rəqəm 10 minə yaxındı. Covid-19 səbəbi ilə Ermənistanda bu günə 1341 nəfər ölüb, öz işğalçı siyasətlərini davam etdirərək bizim Qarabağa göndərdikləri əsgərlərdən ölü sayı rəsmi məlumata görə 1200, qeyri-rəsmi hesablamalara görə isə 10 min civarındadır. Deməli, bu ilin ilk 10 ayında Ermənistanda ölü sayı (bütün səbəbləri nəzərə almaqla) 35 min civarındadır. İşğalçı siyasətlərini davam etdirdiklərini və Covid-19 pandemiyasının pik nöqtəyə yaxınlaşdığını nəzərə alaraq Ermənistanda bu ilin sonuna qədər bütün səbəblərdən ölənlərin sayı 45 min civarında olacaq.

Yeni doğulan uşaq sayı isə ilin sonuna 36 min civarında olması gözlənilir. Ölkədən qaçanların sayının il sonuna 15 min civarında olacağını düşünsək, bu il – 2020-ci ildə ölkə əhalisinin 24-25 min civarında azalacağı gözlənilir. Öz işğalçı siyasətlərinə görə bizim torpaqlarda məhv edilən əsgərlərin tamamanı yaxını 18-40 yaşları arasında olduğunu nəzərə alaraq onu demək mümkündür ki, yaxın illərdə Ermənistanda təbii artın kəskin azalacaq.

Müharibədən, Azərbaycanın qələbəsindən sonra 2021-ci ildə ölkədən qaçan əhali sayında isə ciddi artım olacağı gözlənilir – yəni, yaxın illərdə Ermənistanın təbii artımı daha da aşağı düşəcək, çünki ölkədən köçən əhalinin əksəriyyəti də 18-40 yaşlı vətəndaşlardır.

Beləliklə, Ermənistanın təcavüzkar, işğalçı siyasəti, Azərbaycanın əzəli torpaqlarında apardığı mənasız müharibə nəticəsində ölkənin gələcəyi şübhə altına düşür. Miqrasiyanın artması, doğuşun azalması yaxın 10 ildə Ermənistan əhalisinin, ən azı 500 min azalacağını deməyə əsas verir – bu isə kritik həddin keçilməsidir, çümki əhali sürətlə qocalacaq, doğuş azalacaq, ölkənin iqtisadi yükü artacaq – yəni, işlənlərin sayı azaldıqca təqaüd alanların sayı kəskin artacaq ki, bu da sürdürüləbiləcək durum deyil.

Düşmən, işğalçı ölkənin rəhbərliyi olmayan papaqlarını qabaqlarına qoyub düşünməlidirlər – bu gün yürütdükləri siyasət həm Ermənistanı məhvə aparır, həm də Cənubi Qafqazın inkişafını əlgəlləyən əsas faktora çevrilib. İşğaldan vaz keçib, tarixi “xəstəlikdən” sağalıb, normal qonşu kimi yaşamağa başlasalar, bəlkə də, gələcəklərini xilas edə biləcəklər. Belə...

Natiq Cəfərli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar