“Naxçıvana təyyarə biletləri ucuzlaşa bilər”

24 İyun 2021 11:13    468 Baxış   
“Naxçıvana təyyarə biletləri ucuzlaşa bilər”

Baş nazir Əli Əsədovun qərarı ilə 1 iyuldan etibarən “Naxçıvan” Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilir.

Qərara əsasən, müvafiq olaraq “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılır.

Dominant.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a deyib ki, qərar özündə müsbətə doğru dəyişikliyi ehtiva edir:

“Naxçıvanın dövlət büdcəsi kifayət qədərdir. Bununla da yeni təyyarələrin alınmasını həyata keçirə bilərlər. Yeni hava limanı tikilib istifadəyə verilib. Bununla bağlı hər hansı problem yoxdur”.

Parlamentari eyni zamanda, yeni qərarın bilet qiymətlərinə təsir edəcəyini vurğulayıb:

“Naxçıvan özü reyslərin artırılması, biletlərin qiymətinin azaldılması ilə bağlı qərar verə bilər. Çox güman ki, buna gediləcək. Naxçıvan blokadada olan yer olduğu üçün dəyişiklik müsbət yöndə dəyişikliyə səbəb olacaq”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar