Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi

04 Avqust 2020 15:04    395 Baxış   
Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi
“6 saylı Ərazi Məşğulluq Mərkəzinin yeni rəhbəri Rəfat Məmmədovun Azərbaycan dövlətinə xəyanət etmiş keçmiş səfir Arif Məmmədovun əmisi oğlu yox, atasının əmisinin nəvəsidir. Bu da yaxın qohumluq əlaqəsi demək deyil və onlar arasında da ümumilikdə 1991-ci ildən hər hansı bir əlaqə də yoxdur”.

Bunu Dominant.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.
Onu da qeyd ediblər ki, Rəfat Məmmədovun bilikli, işgüzar olması, ötən dövrdə çalışdığı fəaliyyət sahələrində nöqsansız, müsbət iş təcrübəsi nəzərə alınaraq hazırki vəzifəyə təyin edilib.

Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin 6 saylı Ərazi Məşğulluq Mərkəzinə rəhbər təyin etdiyi Rəfat Məmmədovun
üsyankar səfir” kimi tanınan, prezident İlham Əliyevi sərt tənqid edən Arif Məmmədovun doğma əmisi oğlu iddia olunurdu.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar