Nazirlik rəsmisindən Azad Rəhimov ilə bağlı AÇIQLAMA

16 Fevral 2021 13:25    322 Baxış   
Nazirlik rəsmisindən Azad Rəhimov ilə bağlı AÇIQLAMA

"Elə dünən cənab nazirlə əlaqə saxlamışam. Ümumiyyətlə, hər gün onunla daim əlaqədəyəm. Suallar olduğu təqdirdə, dərhal onunla əlaqə saxlayıram. Cənab nazir bütün sualları cavablandırır, tapşırıqları verir”.

Bu barədə "oxu.az”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

S.Məmmədova ABŞ-da müalicə alan Gənclər və İdman naziri Azad Rəhimovun səhhəti ilə bağlı danışarkən onun Bakıya dönməsi ilə bağlı verdiyimiz sualı belə cavablandırıb:

"Azad müəllimin müalicəsi hələ ki davam edir. Onun nə vaxt Vətənə qayıdacağı dəqiq bilinmir. Müalicəsi bitəndə Bakıya qayıdacaq”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar