Niyə Ağdərə götürülmür?

16 Oktyabr 2020 22:35    2200 Baxış   
Niyə Ağdərə götürülmür?

Səhər saatlarından erməni tərəfinin yaşayış məntəqələrimizi atəşə tutması, təxminən bir neçə saat davam etdi. Məsələ ondadır ki, erməni artilleriyası çox sönükdür. Bir neçə uzaqmənzilli top və tankları fəaliyyət göstərə bilir. Bunun sayını da demək mümkündür.

Müşahidə etdiyim odur ki, Qarakənddə bir qədər artilleriyaları qalıb. Bəzi dostlar deyir, bəs belədirsə, niyə Ağdərə götürülmür? Mənim üçün Ağdərə tarixdir (demədim ha, götürmüşük, mənim üçün tarixdir). Hər döyüşün öz taktikası var. Siz Ağdərə deyin, mən taktika, anlaşaq. Döyüş dərinliklərdə gedir. Ağdərəsə dərinlik deyil.

Əlavə olaraq deyim ki, dərinliklərdəki iş düşmənin birləşmələri arasındakı əlaqəni kəsib. Tam mühasirə olmasa da, yarım, yarım, yarım mühasirədədilər. Təminat sıfıra bərabərdir. Hava tam nəzarətimizdədir.

"Əsgərimizin ayağı haralara dəyib" sualı verirlər. Hara dəyməyib, onu bilmirəm.

Bu gün əsgərlərimizlə, zabitlərimizlə görüşə bildik. Kefləri kökdür. Dostum olan zabitə deyirəm, yorğun olarsınız. Deyir, bunu guruldadan kimi yorğunluq keçir.

Gəlin sizə bir sual verim, Araz qırağı irəliləyən ordunun qəfil Hadruda girəcəyini gözləyirdiniz? Məncə yox. Hətta peşəkar zabitlərin bir çoxu buna təəccüb etmişdi. Ona görə, təmkinlə gözləmək lazımdır.

Səxavət Məmməd

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar