"Ölkədə təhlükəli tendensiyalar təhlükəli səviyyədə qalmaqda davam edir"

17 İyun 2020 16:14    635 Baxış   
"Ölkədə təhlükəli tendensiyalar təhlükəli səviyyədə qalmaqda davam edir"
""KİVDF-də külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi başlandı" xəbəri (Məsələ təkcə KİVDF-dən getmir) də göstərir ki, qurumların işlərinə nəzarət adekvat deyil".

Dominant.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib.

Ə.Əlibəyli daha sonra qeyd edib:

"Birincisi, ədalət sırf cəzalandırma məqsədilə sonradan təmin edilir;

İkincisi, ictimai və dövlət nəzarəti arzu edilən səviyyədə təmin edilmir;

Üçüncüsü, sıradan hər hansı bir qurumun da eyni vəziyyətdə olması, amma bu taleyi yaşamaması, əməllərinə görə cəzalandırılmaması da mümkündür".

"Bu baxımdan islahatlar tendensiyasına baxmayaraq, qara iqtisadiyyat, monopoliya, korrupsiya, məmur özbaşnalığı və s. təhlükəli tendensiyalar təhlükəli səviyyədə qalmaqda davam edir", - deyə ekspert vurğulayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar