Ölkədəki işsizlik statistikası niyə açıqlanmır?

08 İyul 2020 12:47    341 Baxış   
Ölkədəki işsizlik statistikası niyə açıqlanmır?
Pandemiya dövründə düzgün sosial siyasət üçün bundan vacib göstərici yoxdur.

Azərbaycanda aprel, may və iyun aylarında məşğulluq orqanlarında qeydiyyatdan keçmiş işsizlərin statistikasını indiyə qədər açıqlamayan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin sevə-sevə səsləndirdiyi rəqəm ilin əvvəlindən 110 min gizli iş yerinin leqallaşdırılmasıdır. Ağardılmış iş yerləri iqtisadiyyatda müsbət meyl kimi dəyərləndirilir. Bu fikrin əksinə olmasam da gizli iş yerlərinin leqallaşdırılması (ağardılması) səbəblərinin təhlilini vacib hesab edirəm.

Gəlin, görək iş yerlərinin ağardılması hansıı səbəblərdən baş verib.

1. Apel və may aylarında muzdlu işçilərin maaşlarının müəyyən hissəsinin müddətli kompensasiyası proqramının həyata keçirilməsi müzakirə olunarkən bu proqramdan yararlanmaq istəyən işəgötürənlər pandemiyanın ilk dövründə qeyri-leqal iş yerlərinin məşğulluq sistemində qeydiyyatına start verdilər. Amma, işçilərinin qeydiyyatını tez bir zamanda rəsmiləşdirən işəgötürənlər kompensasiya almağa nail ola bilmədilər. Çünki, hökümət yalnız martın 1-ə qədər qeydiyyatda olan muzdlu işçilərin maaşlarının müəyyən hissəsini kompensasiya etməyə qərar verdi.

2. Rəsmi uçotda olmayan işçilər elektron icazə sistemində qeydiyyata dura bilmirdilər. Karantin rejiminədək qeyri-leqal olan işçilərinin işə çıxmasını karantin rejimində təmin etmək istəyən işəgötürənlər işçilərlə rəsmi əmək kontraktı imzalayıb, sonra da icazə portalından qeydiyatdan keçiriblər. Bu da gizli məşğulluğun leqallaşdırılmasına dəstək oldu.

Ən azı bu iki səbəbdən gizli məşğulluqda müsbət tendensiya yarandı və bu da qısa müddətdə müşahidə olundu və davamlı olmadı. Belə olan halda da bu dəyişikliyin geri dönməsi və gizli məşğulluğun əvvəlki səviyyəsinə qayıdacağı gözlənilir.

Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tez bir zamanda məşğulluq və işsizlik statistikasına dair məlumatları, ilk növbədə də aprel, may və iyun aylarında məşğulluq orqanlarında qeydiyyatdan keçmiş işsizlərin statistikasını dövrü olaraq açıqlamalıdır.

Qubad İbadoğlu, iqtisadçı alim


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar