Operativ Qərargah məlumat yaydı - Son Dəqiqə

23 Fevral 2022 20:18    446 Baxış   
Operativ Qərargah məlumat yaydı -  Son Dəqiqə

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 979 yeni yoluxma faktı qeydə alınıb, 7 198 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 779 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 749 514 nəfər müalicə olunaraq sağalıb, 9 307 nəfər vəfat edib, aktiv xəstə sayı 20 952 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 506, ötən müddət ərzində isə ümumilikdə 6 511 864 test aparılıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar